Prezident İlham Əliyev: Azərbaycanın tarixi torpaqlarının azad edilməsi əlamətdar hadisədir, biz mümkünsüz kimi görünəni etdik
Siyasət 13 Yan 2021 14:33:00 47 0
Azərbaycanın tarixi torpaqlarının azad edilməsi əlamətdar hadisədir, biz mümkünsüz kimi görünəni etdik.
Bu xəbəri də oxu: Sülhməramlılar Ağdərə ətrafını minalardan təmizləyir FOTO
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"44 günlük müharibə regionda vəziyyəti dəyişdi. Dediyim kimi, müharibə bitib, biz növbəti səhifəyə keçməliyik. Biz ağrını, yaraları heç vaxt unutmayacağıq. Yaralar heç vaxt sağalmayacaqdır. Biz qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Lakin, eyni zamanda, biz gələcəyə baxmalıyıq və əraziləri, tam viran qalmış ərazini yenidən qurmalıyıq və biz bunu edəcəyik, artıq bu işlərə başlanılıb. İnfrastruktur layihələri, şəhər planlaması və yenidənqurmanın bir çox digər mühüm elementləri artıq icra olunmaqdadır. Bu il biz bu işlər üçün əsaslı vəsait ayırmışıq.
Beləliklə, biz beynəlxalq birliyin sülh yolu ilə edə bilmədiyini və ya etmək istəmədiyini güc yolu ilə etdik. Azərbaycanın tarixi torpaqlarının azad edilməsi təkcə bizim tariximizdə tarixi hadisə deyil, eyni zamanda, müharibələr tarixində əlamətdar hadisədir. Çünki biz demək olar ki, mümkünsüz kimi görünəni etdik. Zabit və əsgərlərimizin şücaəti və cəsarəti, müvafiq planlama, bütün xalqın sadiqliyi və birliyi ilə bunu etdik".
Son.az
Azərbaycan ziyanın qiymətləndirilməsi prosesinə başlamışdır. Yəni, ya

Onlar qədim Qafqaz Albaniyasının kilsələrini erməni kilsələrinə çeviri

Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırl

Torpaqlarımızı işğal altında saxlayan ölkə Azərbaycan mədəniyyətinin

2020-2021-ci tədris ilinin II yarımilinin başlaması ilə əlaqədar yanvar a

İndoneziyada koronavirus peyvəndinin tətbiqinə start verilib.

ARB TV-nin "Onun Sirri" verilişində ifaçı Niyam Salami haqqında

Bryus Villis maska taxmaqdan imtina etdiyi üçün Los-Ancelesdəki bir aptekdə

Balakəndə dekabrın 2-dən yanvar ayının 10-dək olan müddət ərzində ş

"Bakı 24", "Kaspi AZ", "Mətbuat Evi", "Gold

Yanvarın 11-də Moskvada Rusiyanın dövlət başçısı Vladimir Putin, Azərb

ABŞ-da elm adamları "Super Earth" adlandırdıqları planetin 10 m

Son bir ildə çox dəyişikliklər baş vermişdir, ətrafımızda dəyişən d
