Azərbaycan Prezidenti: Ermənilər işğal edilmiş ərazilərdə demək olar ki, 70 məscidi dağıdıblar
Siyasət 13 Yan 2021 14:40:00 42 0
Ermənilər işğal edilmiş ərazilərdə demək olar ki, 70 məscidi dağıdıblar.
Bu xəbəri də oxu: Qarabağda tutulan ermənilər əsir deyil
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Müharibə başlayandan bir neçə gün sonra - oktyabrın əvvəlində ICESCO Azərbaycanın ədalətli mövqeyinə çox dəstəkləyici bir bəyanat verdi və qərarlar qəbul etdi. Həmçinin bizim şanlı Zəfərimizdən sonra sizin mənə Qələbə münasibətilə göndərdiyiniz təbrik məktubunuza görə də minnətdarlığımı bildirmək istəyirəm. Bütün bunlar bizim birliyimizi, bizim xalqımızın birliyini nümayiş etdirir. Bildiyiniz kimi, Azərbaycan İslam həmrəyliyi ilə bağlı məsələləri həmişə güclü təşviq etmişdir və ICESCO Azərbaycanda çoxsaylı tədbirlər keçirmişdir. Ümidvaram ki, bu, belə də davam edəcək. Biz həmişə müsəlman ölkələri arasında birliyə çağırış etmişik. Sizin Ağdamda və digər yerlərdə gördükləriniz, həmçinin Ermənistan rəhbərliyinin müsəlmanların dini hisslərinə və tarixinə necə münasibət bəslədiyini göstərir. Onlar biri istisna olmaqla bizim bütün digər məscidlərimizi dağıdıblar. Ağdamdakı məscidi onlar ona görə tam dağıtmamışdılar ki, Azərbaycan Ordusu irəli gedəndə onların artilleriya hücumlarını planlaşdırmaq üçün ərazidə müəyyən bir oriyentirə ehtiyacı var idi. Onlar məsafəni ölçməli idilər. Səbəb bu idi. Lakin bizim məscidlərdə onların donuzları və inəkləri necə saxlaması ilə bağlı çoxsaylı şəkillər var. Bu, təkcə azərbaycanlıların təhqir edilməsi deyil, bu, bütün müsəlmanlara qarşı təhqirdir. Zəngilanın işğaldan azad edilmiş ərazilərinə səfərim zamanı mən tamamilə dağıdılmış məscidə baş çəkdim. Şuşada onlar bütün məscidləri tamamilə dağıdıblar, bir məsciddən başqa. O da yarımçıq dağıdılmışdı, lakin sonra İslama aid mədəni və dini məkanları qoruduqlarını nümayiş etdirmək adı altında onlar bəzi təmir işləri görməyə çalışmışdı. Əfsuslar olsun ki, bir xarici şirkət bu təxribatçı təşəbbüsə qoşulmuş və bizim icazəmiz olmadan qanunvericiliyimizi, sərhədlərimizi pozaraq Şuşaya gəlmişdi. Həmin xarici şirkət Azərbaycan hökumətinin icazəsi olmadan, Dağlıq Qarabağda həmin vaxt mövcud olan qanunsuz rejimin himayədarlığı altında bəzi təmir işləri görmüşdü. Beləliklə, onlar cinayətkarlarla əlbir oldular, çünki ermənilər işğal edilmiş ərazilərdə demək olar ki, 70 məscidi dağıdıblar. Bu məscidlərdən birində təmir işləri aparmağa çalışmaq, sadəcə olaraq, onların sanki özlərini tolerant olduqlarını, müsəlman mədəniyyətinə, müsəlmanların hisslərinə hörmət etdiklərini nümayiş etdirmək cəhdi idi. Əgər onların münasibəti belə idisə, niyə digərlərini dağıdıblar və niyə digərlərini təmir etməyiblər? Şuşaya gəlmiş həmin xarici şirkət digər məscidlərin, bütün dini və mədəni irsin dağıdıldığını görmədi? Onlar hətta bunu dağıdan separatçılardan da pis davrandılar. Lakin biz hər şeyi bərpa edəcəyik. Biz hər şeyi ilkin vəziyyətinə gətirəcəyik, əraziləri yenidən quracağıq. Əminəm ki, gələn dəfə siz bizə səfər edəndə mənim Azərbaycan mədəniyyətinin paytaxtı elan etdiyim Şuşanı da ziyarət etmək imkanınız olacaq".
Son.az
1994-cü ildə Daşkəsəndə doğulan Həsən Abdullayev Gəncədə 4 nömrəli

Biz qəhrəmanlarımızı heç vaxt unutmayacağıq.

Prezident İlham Əliyev İlham Rəhimovun "Şöhrət" ordeni ilə tə

Vətən müharibəsindən sonrakı dövr Azərbaycan diasporunun da qarşısınd

Azərbaycanın tarixi torpaqlarının azad edilməsi əlamətdar hadisədir, biz

Azərbaycan ziyanın qiymətləndirilməsi prosesinə başlamışdır. Yəni, ya

Onlar qədim Qafqaz Albaniyasının kilsələrini erməni kilsələrinə çeviri

Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırl

Torpaqlarımızı işğal altında saxlayan ölkə Azərbaycan mədəniyyətinin

2020-2021-ci tədris ilinin II yarımilinin başlaması ilə əlaqədar yanvar a

İndoneziyada koronavirus peyvəndinin tətbiqinə start verilib.

ARB TV-nin "Onun Sirri" verilişində ifaçı Niyam Salami haqqında

Bryus Villis maska taxmaqdan imtina etdiyi üçün Los-Ancelesdəki bir aptekdə

Balakəndə dekabrın 2-dən yanvar ayının 10-dək olan müddət ərzində ş
