Prezident İlham Əliyev: Ağdamdakı məscidi ona görə tam dağıtmamışdılar ki, bir oriyentirə ehtiyacı var idi


Siyasət 13 Yan 2021 14:46:00 49 0

Prezident İlham Əliyev: Ağdamdakı məscidi ona görə tam dağıtmamışdılar ki, bir oriyentirə ehtiyacı var idi

Ağdamdakı məscidi onlar ona görə tam dağıtmamışdılar ki, Azərbaycan Ordusu irəli gedəndə onların artilleriya hücumlarını planlaşdırmaq üçün ərazidə müəyyən bir oriyentirə ehtiyacı var idi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

Biz həmişə müsəlman ölkələri arasında birliyə çağırış etmişik. Sizin Ağdamda və digər yerlərdə gördükləriniz, həmçinin Ermənistan rəhbərliyinin müsəlmanların dini hisslərinə və tarixinə necə münasibət bəslədiyini göstərir. Onlar biri istisna olmaqla bizim bütün digər məscidlərimizi dağıdıblar. Onlar məsafəni ölçməli idilər. Səbəb bu idi. Lakin bizim məscidlərdə onların donuzları və inəkləri necə saxlaması ilə bağlı çoxsaylı şəkillər var. Bu, təkcə azərbaycanlıların təhqir edilməsi deyil, bu, bütün müsəlmanlara qarşı təhqirdir. Zəngilanın işğaldan azad edilmiş ərazilərinə səfərim zamanı mən tamamilə dağıdılmış məscidə baş çəkdim. Şuşada onlar bütün məscidləri tamamilə dağıdıblar, bir məsciddən başqa. O da yarımçıq dağıdılmışdı, lakin sonra İslama aid mədəni və dini məkanları qoruduqlarını nümayiş etdirmək adı altında onlar bəzi təmir işləri görməyə çalışmışdı. Əfsuslar olsun ki, bir xarici şirkət bu təxribatçı təşəbbüsə qoşulmuş və bizim icazəmiz olmadan qanunvericiliyimizi, sərhədlərimizi pozaraq Şuşaya gəlmişdi. Həmin xarici şirkət Azərbaycan hökumətinin icazəsi olmadan, Dağlıq Qarabağda həmin vaxt mövcud olan qanunsuz rejimin himayədarlığı altında bəzi təmir işləri görmüşdü. Beləliklə, onlar cinayətkarlarla əlbir oldular, çünki ermənilər işğal edilmiş ərazilərdə demək olar ki, 70 məscidi dağıdıblar.

Son.az 

Moskva görüşü regiona nə vəd edir? like
  • 13 Yan 14:44  
Siyasət Moskva görüşü regiona nə vəd edir?

Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin üçtər

arrow Ətraflı
Azərbaycan Prezidenti: Ermənilər işğal edilmiş ərazilərdə demək olar ki, 70 məscidi dağıdıblar like
  • 13 Yan 14:40  
Siyasət Azərbaycan Prezidenti: Ermənilər işğal edilmiş ərazilərdə demək olar ki, 70 məscidi dağıdıblar

Ermənilər işğal edilmiş ərazilərdə demək olar ki, 70 məscidi dağıdı

arrow Ətraflı
Ölməzlər  Şəhid Həsən Abdullayev like
  • 13 Yan 14:39  
Digərləri Ölməzlər Şəhid Həsən Abdullayev

1994-cü ildə Daşkəsəndə doğulan Həsən Abdullayev Gəncədə 4 nömrəli

arrow Ətraflı
İlham Rəhimov “Şöhrət” ordeni ilə təltif edilib like
  • 13 Yan 14:35  
Siyasət İlham Rəhimov “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev İlham Rəhimovun "Şöhrət" ordeni ilə tə

arrow Ətraflı
Postmüharibə dövründə diasporun fəaliyyəti necə qurulmalıdır? like
  • 13 Yan 14:34  
Digərləri Postmüharibə dövründə diasporun fəaliyyəti necə qurulmalıdır?

Vətən müharibəsindən sonrakı dövr Azərbaycan diasporunun da qarşısınd

arrow Ətraflı
Pendirli keks  VİDEO like
  • 13 Yan 14:29  
Digərləri Pendirli keks VİDEO

Son.az "Yemək fəlsəfəm" youtube kanalına istinadən oxucularına

arrow Ətraflı
Şəhidlər Xiyabanında 20 Yanvarla bağlı hazırlıq işləri başlanılıb like
  • 13 Yan 14:27  
Digərləri Şəhidlər Xiyabanında 20 Yanvarla bağlı hazırlıq işləri başlanılıb

Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırl

arrow Ətraflı
"Virtual məktəb"də təqvim cədvəlləri yenilənir like
  • 13 Yan 14:24  
Digərləri "Virtual məktəb"də təqvim cədvəlləri yenilənir

2020-2021-ci tədris ilinin II yarımilinin başlaması ilə əlaqədar yanvar a

arrow Ətraflı
İndoneziyada ilk peyvənd Prezidentə vuruldu like
  • 13 Yan 14:19  
Dünya İndoneziyada ilk peyvənd Prezidentə vuruldu

İndoneziyada koronavirus peyvəndinin tətbiqinə start verilib.

arrow Ətraflı