Gürcüstanda koronavirusa yoluxanların sayı 243 mini keçib


Dünya 13 Yan 2021 13:39:00 97 0

Gürcüstanda koronavirusa yoluxanların sayı 243 mini keçib

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 618 yoluxma halı qeydə alınıb, 26 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 243 255, ölənlərin sayı isə 2 846 nəfərə çatıb.

Virusa yoluxanlardan 227 611 nəfərin sağaldığı bildirilir.