"Paşinyan onu daşqalaq etməsinlər deyə Moskvada bu açıqlamanı verdi"
Siyasət 13 Yan 2021 13:15:00 50 0
"Qonşu ölkəyə ərazi iddiası ilə çıxış edəsən, müharibədə məğlub olmasına rəğmən ərazi iddiasından əl çəkməyəsən, amma deyəsən ki, iqtisadi əlaqələri bərpa edək".
Bu xəbəri də oxu: "İdarəetmədə yeni bir dönəm başlayır"
Bunu Son.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, 10 noyabrdan sonra Dağlıq Qarabağda ələ keçirilən silahlı separatçılar Ermənistana təhvil verilməyəcək:
"Dəhliz açıla bilər, amma Ermənistanın iqtisadi əlaqələrinin bərpası, regional layihələrə qoşulması üçün Azərbaycanın ərazi bütövlüyünü tanıması, ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımaq lazımdır. Bizim öz milli və təhlükəsizlik maraqlarımız var. Bizim maraqlarımızı oradakı separatçıların mütləq şəkildə tərkisilah olunması, sərhədçilərimizin Laçın istiqamətində yerləşdirilməsi, orada yaşayan ermənilərin Azərbaycan qanunları və "pasport"larını qəbul etmələri məsələsi təşkil edir. Bundan sonra iqtisadi əlaqələr bərpa oluna bilər.
Bununla belə Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada liderlərin ortaq mətbuat konfransında narazılığını səsləndirməkdən çəkinmədi: "Təəssüf ki, bugünkü görüşdə humanitar məsələləri həll edə bilmədik, Dağlıq Qarabağın status məsələsi də açıq qalır". Birincisi, bizim üçün status məsələsi bitib, bu müzakirə predmeti deyil, ikincisi Azərbaycan Prezidenti bir neçə dəfə vurğulayıb ki, 10 noyabrdan sonra Dağlıq Qarabağda ələ keçirilən silahlı separatçılar Ermənistana təhvil verilməyəcək, onlar terrorçudurlar və törətdikləri əməllərə görə cavab verəcəklər. Paşinyan "status və əsiirlərlə" bağlı iradını ortaq mətbuat konfransında həm də ona görə səsləndirdi ki, geri qayıdanda onu bu mövzuları qaldırmadığına görə daş-qalaq etməsinlər. O Moskvadan ermənilərə mesajını yolladı, ancaq nə status, nə də əsirlər məsələsində irəliləyiş əldə etdi".
Təhməz Əsədov Son.az
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasın

Müharibənin öz qanunları var. Bu qanunlar sərt və amansızdır. Qarşında

Dünya şöhrətli müğənni Cennifer Lopez tətilə çıxıb.

Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin

Yanvarın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azərbaycan həm döyüş vaxtı, həm də üçtərəfli birgə bəyanat imzalan

Bakının Pirşağı qəsəbəsində çirkab sular birbaşa, yəni təmizlənmə

ABŞ-ın paytaxtı Vaşinqtonda yeni seçilmiş prezident Co Baydenin yanvarın

Trend İnformasiya Agentliyi "Sahil Kərimli ilə Aktual" müəllif vi

Yeni tədavülə buraxılan 1, 5 və 50 manatlıq pul nişanlarının dizaynı i

2020-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri 24,67 milyard manat
