İlkin mərhələdə qan testi koronavirusun dəqiq analizi deyil Akif Qurbanov


Digərləri 13 Yan 2021 13:26:00 110 0

İlkin mərhələdə qan testi koronavirusun dəqiq analizi deyil  Akif Qurbanov

Biz qan testi vasitəsilə yalnız koronavirus xəstəliyini keçirib-keçirmədiyimiz barədə məlumat ala bilərik.

Son.az bildirir ki, bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, seroloji test yoluxmadan 1 həftə sonra müsbət olmağa başlayır. Kimsə xəstəlik yeni başlandıqda qan analizi verərsə, onda COVİD-19-a qarşı anticisimlər aşkarlanmayacaq:

"Bu, səhv nəticə olacaq. Seroloji testin analizi xəstəlik başlayandan bir həftə sonra müsbət olmağa başlayır. Xəstəliyin dəqiq analizini yaxma nümunəsindən PSR üsulu ilə aparılan müayinə nəticəsində əldə etmək olar".