Vaşinqtonda 6 min hərbçi hazır vəziyyətə gətirilib


Dünya 13 Yan 2021 12:49:00 92 0

Vaşinqtonda 6 min hərbçi hazır vəziyyətə gətirilib

ABŞ-ın paytaxtı Vaşinqtonda yeni seçilmiş prezident Co Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə hazırlıqlar başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, mərasimlə əlaqədar Konqres ətrtafındakı yollar bağlanıb.

Paytaxtda Milli Qvardiyanın 6 min əsgəri hazır vəziyyətə gətirilib. Vaşinqton meri Murial Bauzer digər ştatlardan da əlavə qüvvələrin cəlb olunacağını bildirib.

Builki andiçmə mərasimi həm pandemiya, həm də təhlükəsizlik tədbirləri ilə əlaqədar kütləvi toplanma olmadan keçiriləcək.