"Moskva bəyanatı bütün region ölkələrinin qarşısında yeni iqtisadi perspektivlər açır"


Siyasət 13 Yan 2021 12:21:00 44 0

"Moskva bəyanatı bütün region ölkələrinin qarşısında yeni iqtisadi perspektivlər açır"

Azərbaycan Vətən Müharibəsində qazandığı hərbi-siyasi qələbəni regionda yeni iqtisadi reallıqlar formalaşdırmaqla davam etdirir. Bunu Trend-ə Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Onun fikrincə, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları arasında keçirilmiş üçtərəfli görüş Cənubi Qafqazın iqtisadi mənzərəsini, nəqliyyat xəritəsini yeni reallıqlar əsasında formalaşdırmağa xidmət edir:

"Görüşün ən mühüm nəticəsi kimi qiymətləndirilən birgə bəyanat nəinki onu imzalayan tərəflərin, eləcə də bütün region ölkələrinin qarşısında yeni iqtisadi perspektivlər açır".

R.Məmmədov hesab edir ki, Azərbaycanın qalib ölkə kimi qatıldığı bu görüşdə əldə olunmuş razılaşma regionda davamlı sülhün, sabitliyin və rifahın əldə olunması üçün əməkdaşlığın zərurliyini bir daha təsdiqləyir:

"Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bu, əlbəttə ki, bizim ən böyük nailiyyətimizdir. Yaranmış yeni reallıq əslində 30 ildir həllini gözləyən münaqişənin bütün regionun inkişafına maneə yaratdığı barədə uzun müddətdir təkrarlanan tezisin nə qədər əsaslı olduğunu bir daha nümayiş etdirir. Artıq tarixə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın inkişafını tormozlayan, sülhə, sabitliyə təhdid kimi qiymətləndirilən düyünə çevrilmişdi. İndi bu düyün çözülüb. Region ölkələrinin əməkdaşlığı, qarşılıqlı faydalı əlaqələr zəncirinin qurulması üçün geniş imkanlar açılıb. Və bu yalnız Azərbaycanın baxışı deyil, regionda maraqları olan bütün ölkələr bu yanaşmanı bölüşür".

Milli Məclisin deputatı vurğulayıb ki, Ermənistan keçmişə ilişib qalmamalı, indiki reallığa uyğun gələcək fəaliyyət konsepsiyasını müəyyən etməlidir. Bu konsepsiyanın mütləq şərtlərindən biri qonşuların ərazi bütövlüyünə hörmət, əsassız iddia və ittihamlardan imtina etməkdir:

"Prezident İlham Əliyev Moskva görüşündə bir daha bu məsələlər toxundu. Azərbaycanın regionun inkişafı naminə əməkdaşlığa böyük maraq göstərdiyini qeyd etdi. Eyni zamanda Ermənistanın siyasi elitasına da zəruri mesajlar verdi. Hesab edirəm ki, gələcəyə baxmaq üçün bu görüşdə əldə olunmuş razılaşmaların əhəmiyyəti olduqca yüksəkdir".

Deputat bildirib ki, istənilən kontekstdə təhlil etdikdə üç ölkə rəhbərinin imzaladığı yeni bəyanat Azərbaycanın iqtisadi maraqlarına tam cavab verir. Ramin Məmmədovun fikrincə, sənəd Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqəsini təmin etməklə yanaşı, region ölkələri üçün də yeni nəqliyyat-kommunikasiya imkanları yaradacaq. "Bugünkü reallıqlar, dünyada və bölgədə gedən proseslər, bir çox ölkələrin qarşılaşdığı problemlər göstərir ki, indi ən optimal yol ən çətin şərtlərdə belə əməkdaşlıq imkanları tapmaqdır. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin ən böyük uğurlarından biri bütün region ölkəlkərinə bu cür imkanı yaratmasındadır".

Cəsur əkiz topçular  Biləsuvarda hər kəs onları belə çağırır like
  • 13 Yan 12:19  
Digərləri Cəsur əkiz topçular Biləsuvarda hər kəs onları belə çağırır

Cəsur əkiz topçular. Biləsuvarda hər kəs onları belə çağırır. Həsə

arrow Ətraflı
Yaponiyanın daha 7 əyalətində fövqəladə vəziyyət elan olundu like
  • 13 Yan 12:14  
Dünya Yaponiyanın daha 7 əyalətində fövqəladə vəziyyət elan olundu

Yaponiyanın ümumilikdə on bir əyalətində fövqəladə vəziyyət elan edil

arrow Ətraflı
Bakının mərkəzində üç müasir parklanma sahəsi yaradılır like
  • 13 Yan 12:11  
Digərləri Bakının mərkəzində üç müasir parklanma sahəsi yaradılır

Bakı Dəmir Yolu Vağzalının ətrafında nəqliyyatın sıxlığının nizaml

arrow Ətraflı
Bu heykəllər sanki dilə gəlib danışır like
  • 13 Yan 12:09  
Digərləri Bu heykəllər sanki dilə gəlib danışır

Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbül. Mədəniyyət tariximizi

arrow Ətraflı
Respublika əhəmiyyətli 2 avtomobil yolunun tikintisi yekunlaşdı like
  • 13 Yan 12:07  
Digərləri Respublika əhəmiyyətli 2 avtomobil yolunun tikintisi yekunlaşdı

Vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə xüsusi diqqət a

arrow Ətraflı
Düşmən daha 7 itkisini açıqladı like
  • 13 Yan 12:04  
Dünya Düşmən daha 7 itkisini açıqladı

Düşmən daha 7 itkisini açıqlayıb.

arrow Ətraflı
Vətən müharibəsindən geri dönən əsgərə gözəl sürpriz like
  • 13 Yan 11:59  
Digərləri Vətən müharibəsindən geri dönən əsgərə gözəl sürpriz

Əsgər xəyal kərimov evinə qayıdarkən xoş bir o qədər də maraqlı sür

arrow Ətraflı
"COVİDin ikinci dalğasının sönməsi ərəfəsini yaşayırıq, amma 3cü..." like
  • 13 Yan 11:55  
Digərləri "COVİDin ikinci dalğasının sönməsi ərəfəsini yaşayırıq, amma 3cü..."

"Ölkədə sərt karantin rejiminin yumşaldılması vacib və lazımı add

arrow Ətraflı
Zərifdən Pompeoya sərt reaksiya like
  • 13 Yan 11:54  
Dünya Zərifdən Pompeoya sərt reaksiya

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif  "Əl-Qaidə" te

arrow Ətraflı
Bakıda avtomobil oğurlayan şəxslər tutuldu like
  • 13 Yan 11:49  
Digərləri Bakıda avtomobil oğurlayan şəxslər tutuldu

Bakıda avtomobilləri qaçırdıqdan sonra salonundakı aksesuarları söküb s

arrow Ətraflı
Yanvarın 31i saat 6da metro fəaliyyətə başlayacaq, əgər... like
  • 13 Yan 11:43  
Digərləri Yanvarın 31i saat 6da metro fəaliyyətə başlayacaq, əgər...

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyət normallaşmağa b

arrow Ətraflı
Bakıya qar nə vaxt yağacaq? like
  • 13 Yan 11:40  
Digərləri Bakıya qar nə vaxt yağacaq?

Bu qış da Bakı sakinləri qar üzünə həsrət qalıb. Baxmayaraq ki, hava s

arrow Ətraflı
Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı like
  • 13 Yan 11:39  
Digərləri Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı

"Bu yolda şəhid olmağa hazıram, siz də hazır olun!" bunu hərbi

arrow Ətraflı
Hamilə qadının qarnını yarıb uşağı qaçıran qadın edam olundu like
  • 13 Yan 11:35  
Dünya Hamilə qadının qarnını yarıb uşağı qaçıran qadın edam olundu

Hamilə qadını boğaraq öldürüb, bətnindəki körpəsini çıxaran qatil e

arrow Ətraflı