Trampdan sonra Ağ Evin təmizlənməsinə ayrılacaq büdcə açıqlandı


Dünya 13 Yan 2021 12:24:00 97 0

Trampdan sonra Ağ Evin təmizlənməsinə ayrılacaq büdcə açıqlandı

ABŞ-da 20 yanvar tarixində prezidentlik postunu təhvil alacaq Cozef Bayden və ailəsinin Ağ Evə köçməsindən öncə aparılacaq təmizlik işləri üçün 286 min dollar büdcə ayrıldığı məlum olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 20 yanvarda xüsusi seçilmiş bir qrup tərəfindən Ağ Evin təhvil verilməsi üçün intensiv təmizlik işlərinə başlanılacaq. Ofislərin yerləşdiyi hissənin və yaşayış hissəsinin təmizlənməsi üçün ümumilikdə 286 min dollar xərclənəcəyi gözlənilir.

Bu büdcə çərçivəsində ümumi təmizlik üçün 127 min dollar, xalça təmizlənməsi üçün 44 min dollar və alınacaq materiallar üçün 115 min dollar ayrılacaq.

"COVID-19" səbəbiylə xüsusi diqqət göstəriləcək təmizlik çərçivəsində, binanın baxım və təmir işləri də tamamlanacaq.