Gürcüstanda koronavirusla bağlı məhdudiyyətlər fevralın 1dək davam edəcək


Dünya 13 Yan 2021 11:44:00 94 0

Gürcüstanda koronavirusla bağlı məhdudiyyətlər fevralın 1dək davam edəcək

Gürcüstanda koronavirusla bağlı məhdudiyyətlər fevralın 1-dək davam edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın İdarələrarası Koordinasiya Şurası qərar qəbul edib.

Baş nazir Giorgi Qaxariyanın rəhbərliyi ilə Hökumət Administrasiyasında keçirilən iclasda İdarələrarası Koordinasiya Şurası ölkədə mövcud məhdudiyyətlərin fevralın 1-dək qüvvədə qalacağı barədə qərar verib. Hökumət rəhbərinin tapşırığına əsasən, məhdudiyyətlər yumşaldılmazdan əvvəl biznes nümayəndələri ilə intensiv görüşlər keçirilib.

Məhdudiyyətlərin tədricən aradan qaldırılmasından əvvəl ticarət mərkəzlərinin təhlükəsiz açılması və epidemioloji təhlükəsizliyin qorunması üçün məcburi standartlar bir daha müzakirə edilib.

Bildirilib ki, Gürcüstan hökuməti fevralın 1-dən biznes sektorlarının açılması istiqamətində fəal çalışır.