"Moskva görüşü bir çox mətləblərə aydınlıq gətirdi"


Siyasət 13 Yan 2021 10:11:00 116 0

"Moskva görüşü bir çox mətləblərə aydınlıq gətirdi"

Azərbaycan və Rusiya Prezidentlərinin, eyni zamanda Ermənistanın baş nazirinin birgə görüşü əslində bir çox mətləblərə aydınlıq gətirmək üçün labüd idi və ona görə də reallaşdı.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, görüşün nəticəvi hissəsini özündə əks etdirən bəyənatdan da aydın şəkildə görünür ki, Azərbaycan yenə də diktə edən tərəfdir və bundan sonrakı mərhələli müzakirə predmeti və ya predmetləri özündə əsasən 10 noyabr sənədində nəzərdə tutulan müddəaların həyata keçirilməsini ehtiva edəcək:

"Həmin predmetlərin arasında isə Azərbaycanın əsas ərazisi ilə Naxcıvanı birləşdirəcək koridorun təmin edilməsi də daxil çox vacib məsələlər, detallar yer alır.

Azərbaycan Ermənistanla müharibədə açıq üstünlüklə qalib gəlib, öz əzəli torpaqlarını geri qaytarıb. İndi artıq masada başqa şərtlər var və bir daha deyirəm: həmin şərtləri də məhz Azərbaycan diktə edir. Cənab Prezident də açıq formada bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur, bu anlayış keçmişdə qalıb və biz gələcək haqqında düşünməliyik. Həqiqətən də belədir. Qalib bizik. Regionda əsas söz sahiblərindən biri Azərbaycandır. Dağlıq Qarabağ bizimdir. Qarabağ Azərbaycandır.

Ən əsas məsələ isə budur ki, məlum üstün durumu, vəziyyəti Azərbaycan öz gücünə yaratdı. Hətta BMT-nin qətnamələrini də özü icra etdi. Nəhayətində isə Ermənistan məğlub oldu, kapitulyasiya aktını imzaladı. Bundan sonrakı bütün proseslərdə və mərhələlərdə də Azərbaycan daim qalib olacaq".