"İnstaqram ağıl xəstələri ilə dolu mağazaya oxşayır"


Digərləri 13 Yan 2021 10:14:00 125 0

"İnstaqram ağıl xəstələri ilə dolu mağazaya oxşayır"

Türkiyəli məşhur aparıcı Okan Bayülgen sosial şəbəkələr barədə mənfi düşüncədə olduğunu açıqlayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, aparıcı İnstaqramın qorxunc bir şəbəkə olduğunu deyib:

"Nifrət edirəm. Bu qədər çirkinliyin olduğu başqa bir yer tanımıram. Ağıl xəstələri ilə dolu mağazaya oxşayır. Orqan, qadın ticarəti, narkotik maddələr, nə axtarsan, taparsan. "Tik-Tok"da rəqs edənlər ağılsızdır. Gənclər bərədə ümidli olmamağımız üçün göstəricidir. Bu uşaqların 15 IQ səviyyəsi vardısa, telefon 5-ə endirib".