Nəqliyyatkommunikasiya sistemlərinin açılması bölgənin inkişafına təkan verəcək –
Siyasət 12 Yan 2021 23:26:00 50 0
Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" analitik proqramında yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüş, görüşdən sonra imzalanan sənəd müzakirə olunub.
Bu xəbəri də oxu: Regionda yolların açılması Yerevanın xeyrinə olacaq
Trend-in məlumatına görə, verilişin videoformatda qonağı olan rusiyalı tanınmış politoloq Sergey Markov və Türkiyənin hərbi-siyasi eksperti Abdullah Ağar Moskva görüşü barədə fikirlərini səsləndiriblər.
Rusiyalı politoloq liderlərin görüşündə imzalanan üçtərəfli bəyanatla bağlı deyib ki, 11 yanvarda keçirilən müzakirələr razılaşmanın inkişaf etdiyini göstərir: "Rusiyalı sülhməramlıların bölgəyə gəlməsindən, qaçqın və məcburi köçkünlərin qayıdışından sonra nəqliyyat-kommunikasiya sistemi bərpa edilir. Bu, bölgənin inkişafına, çiçəklənməsinə təkan verəcək". S.Markov deyib ki, kommunikasiyaların açılması Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda iqtisadi-sosial inteqrasiyaya nail olmaq üçün vacibdir.
Türkiyəli ekspert isə bildirib ki, Moskva görüşü qalan problemlərin həlli istiqamətində önəmlidir: "Əlbəttə, nəqliyyat-kommunikasiya sisteminin blokdan çıxarılması Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ermənistan üçün, bölgə üçün əhəmiyyətlidir. Əldə olunan razılaşmalar, imzalanan sənəd Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət göstərəcək". A.Ağar qeyd edib ki, hazırda bölgədə Azərbaycan, Rusiya, Ermənistanla yanaşı, Türkiyə, İran və Gürcüstan işbirliyinə də zəmin yaranır.
ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabını blokladıqdan sonra Tvi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Telegram" mesencerində

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla şirkəti bazar dəyərinə

Medianın İnkişafı Agentliyi çap mediası ilə bərabər onlayn media suby

Böyük Britaniyada son sutka ərzində 45 533 nəfər koronavirusa yoluxub.

"Maykrosoft" şirkətinin qurucusu Bill Qeyts aviasiya şirkəti alır

Şəkər ağız boşluğunun mikroflorasında olan bakteriyaların çoxalması v

ABŞ-ın tanınmış stomatoloqu Suheyl Mohiuddin bildirib ki, diş fırçaları

Kanada koronavirusa qarşı əlavə 20 milyon doza "Pfizer" şirkətin

Bamiyə (lat. Abelmoschus esculentus, əvvəlki adı lat. Hibiscus esculentus) -

Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatl

Apple şirkətinin daha bir yeni məhsulu olan iPad mini 6 haqqında detallar or
