Britaniyada son sutkda koronavirusa 45 mindən çox yoluxma qeydə alınıb


Dünya 12 Yan 2021 23:00:00 140 0

Britaniyada son sutkda koronavirusa 45 mindən çox yoluxma qeydə alınıb

Böyük Britaniyada son sutka ərzində 45 533 nəfər koronavirusa yoluxub.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.

Qeyd edilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 3 164 051 nəfərə çatıb.

Son sutka ərzində 1243 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 83 203 nəfərə çatıb.