iPad mini 6 haqqında DETALLAR sızdırıldı


Digərləri 12 Yan 2021 22:20:00 145 0

iPad mini 6 haqqında DETALLAR sızdırıldı

Apple şirkətinin daha bir yeni məhsulu olan iPad mini 6 haqqında detallar ortaya çıxıb.

Son.az ted.az-a istinadən bildirir ki, sızdırılan məlumatlara görə, cihazın ekran ölçüsü sələflərini nisbətən daha böyük olacaq. 2019-cu ildə satışa çıxarılan 5-ci nəsil iPad mini-də 7,9 düymlük ekrana yer verən Apple 6-cı nəsil iPad mini-də 8,4 düymlük ekran istifadə edəcək.

Daha nazik ekran çərçivəsinə sahib olacağı iddia edilən planşetin dizaynının iPad Air 3-ə bənzəyəcəyi sızdırılan detallar arasındadır.

Bundan başqa, cihazın Touch ID texnologiyasına sahib olacağı deyilir.