ICESCOnun nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib
Siyasət 12 Yan 2021 20:07:00 45 0
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri çərçivəsində Füzuli rayonundan sonra Ağdama gedib.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
Son.az Trend-ə istinadən bildirir ki, nümayəndə heyətinin üzvləri Ağdam şəhərində Ermənistanın müharibə cinayətlərinin izlərinə baxıb, ermənilərin 27 il ərzində törətdikləri vandalizmin şahidi olublar.
Əvvəlcə Ağdam məscidinə gələn qonaqlara məlumat verilib ki, digər tarixi abidələrimiz kimi, XIX əsrin yadigarı olan Ağdam məscidi də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra talan edilib və dağıdılıb.
Daha sonra Ağdam Dram Teatrının və Çörək muzeyinin binalarının qalıqlarına baxan nümayəndə heyəti, rayonun işğaldan əvvəlki görüntüləri və tarixi abidələrinin fotoları olan stendlərlə də tanış olublar.
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik və Azərbaycanın mədəniyyət naziri Anar Kərimov jurnalistlərin suallarını cavablandırıblar.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkxove bildi

Azərbaycan 37 ölkə ilə yanaşı, oktyabrın 30-31 tarixində Romada keçiril

Görmə qabiliyyətinin zəifləməsinə təkcə yaş təsir etmir. Güclü stre

Son.az "Yemək fəlsəfəm" youtube kanalına istinadən oxucularına

Bu gün Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əl

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Yevla

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qa

44 günlük Vətən müharibəsi zamanı ermənilərin ağır artilleriyadan at

Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının (ŞBPİ)

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 230 m² olan birmərtəbəli

Gürcüstan koronavirus əleyhinə "Pfizer" vaksinindən istifadə ed

İsveçrə də COVİD-19 vaksini kimi ölkədə kütləvi peyvəndləmədə &quo

Böyük Britaniya hökuməti Sincan Uyğur bölgəsində istehsal olunan mallar
