Boeing rəsmisi İndoneziyadakı təyyarə qəzasını şərh etdi


Digərləri 12 Yan 2021 20:20:00 127 0

Boeing rəsmisi İndoneziyadakı təyyarə qəzasını şərh etdi

Boeing şirkəti İndoneziyanın Sriwijaya Air aviaşirkətinin Boeing 737-500 laynerinin Cakarta yaxınlığında qəzaya uğramasından məlumatlıdır, layner barədə informasiyanın alınması üzərində işləyir.

Bu barədə şirkətin nümayəndəsi Dana Sallum bildirib.

"Biz Cakartadan gələn media xəbərlərindən məlumatlıyıq və vəziyyəti yaxından izləyirik. Daha çox məlumat toplamağa çalışırıq", - şirkətin nümayəndəsi agentliyə deyib.

İndoneziyanın nəqliyyat naziri Budi Karia Sumadi daha əvvəl ölkənin Sriwijaya Air aviaşirkətinin sərnişin təyyarəsinin Cakarta yaxınlığında suya düşdüyünü təsdiqləyib.

Onun sözlərinə görə, hadisə zamanı təyyarədə ümumilikdə 65 nəfər varmış. Onların 53-ü sərnişin, 12-si heyət üzvüdür.