Qadın pilotlar aviasiya tarixində ilkə imza atdılar


Dünya 12 Yan 2021 20:25:00 144 0

Qadın pilotlar aviasiya tarixində ilkə imza atdılar

"Air India"nın qadın pilotlardan ibarət kokpit komandası, Hindistan aviaşirkəti tərəfindən həyata keçirilən ən uzun fasiləsiz ticarət uçuşu ilə aviasiya tarixində yeni bir rekorda imza atıb.

Son.az unikal.org-a istinadən bildirir ki, sözügedən uçuş dünyadakı qadın pilotların həyata keçirdiyi ən uzun uçuş kimi qeyd edilib. ABŞ mətbuatında yer alan xəbərlərə görə, ABŞ-ın San-Fransisko şəhərindən Hindistanın cənubundakı Benqaluru şəhərinə "Boing 777" təyyarəsi ilə 5 qadın pilotun uçuşunun 17 saat çəkdiyi bildirilib.

Kapitan pilot Zoya Aggarval uçuşun ilk hissəsindən sonra Amerika mediasına verdiyi bir müsahibəsində "Hindistan aviasiya tarixində yeni bir dövr açdıq" deyib.  .