Yumurtanın faydaları və zərəri


Digərləri 12 Yan 2021 20:30:00 155 0

Yumurtanın faydaları və zərəri

Yumurta ana südündən sonra insanın ehtiyacı olan bütün qida elementlərini saxlayan tək qida qaynağıdır. Son dərəcə bəsləyici və sağlam bir qidadır.

Yumurtanın zülal dəyəri Digər qidalarla müqayisədə ən keyfiyyətli zülal yumurtada var. Mütəxəssislər xüsusilə böyüməyə olan müsbət qatqısı səbəbi ilə heyvani zülalın xüsusilə uşaqlar tərəfindən qəbul edilməsini təklif edir. Bu səbəbdən də uşaqlar üçün yumurta çox əhəmiyyətlidir.

Yumurtanın vitamin dəyərləri Yumurta A, D, E və B qrupu vitaminlər başda olmaqla digər vitaminlərlə də zəngin tərkibə malikdir. Yumurtanın sarısında olan A vitamini hüceyrələrin inkişafına kömək edir, sümük inkişafında iştirak edir, gözə faydası çoxdur daha yaxşı görməyi təmin edir və sağlam dişlər də üçün də çox faydalıdır. Ayrıca tənəffüs və həzm sisteminin sağlam olmasını və infeksiyalardan qorunmasını təmin edir. D vitamini isə insan bədənində kalsiumun istifadə edilməsini təmin edir. E vitamini bədəni xarici və zərərli maddələrə qarşı sanki bir qalxan kimi qoruyur. B qrupu vitaminləri bəzi qida maddələrinin bədəndə enerjiyə çevrilməsinə köməkçi olur. Ayrıca yumurtada olan kolin beyin funksiyalarının yerinə yetirilməsində əhəmiyyətli rol oynayır.

Yumurtanın Mineral Dəyərləri

Yumurta dəmir və sink kimi bədən üçün çox lazımlı olan minerallarla da zəngindir

Yumurtanın yağ tərkibi Yumurtanın yağlılıq tərkibi olduqca zəifdir. Böyük bir yumurtada 4.5 qram yağ mövcuddur.