Bakıda kişi oğlanları ilə birgə qardaşı oğlunu döydü


Kriminal 12 Yan 2021 18:33:00 161 0

Bakıda kişi oğlanları ilə birgə qardaşı oğlunu döydü

Bakının Xəzər rayonunda cinayət törətməkdə təqsirli bilinən 1952-ci il təvəllüdlü Əmrah Cabbarovun məhkəməsi başa çatıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Əmrah Cabbarov Buzovna qəsəbəsi Bağlar yaşayış massivindəki nömrəsiz fərdi yaşayış evinin qarşısında qardaşı oğlu Musa Cabbarovun sifət nahiyəsindən yumruqla vuraraq, ona xəsarət yetirib.

Əmrah Cabbarov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngqül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Əmrah Cabbarov bildirib ki, Musa Cabbarov onun qardaşı oğludur və qonşuluqda yaşayır: "Hadisə baş verən günü, saat təxminən 22 radələrində oğlum Yadulla mənə zəng edərək Musanın sərxoş vəziyyətdə onu söyərək təhqir etdiyini dedi. Yadullaya Musaya heç nə etməməyi tapşırdım və evdən çıxaraq Musanın yaşadığı küçəyə getdim. Arxasımca oğlum Rasim də gəldi.

Həmin yerə çatanda Musanın sərxoş olduğunu gördüm, ondan ünvanıma nə üçün söyüş söydüyünü soruşdum. Yenə məni söyəndə başımla onun sifət nahiyəsindən zərbə vurdum. Zərbədən Musa yerə yıxıldı və ayağa qalxaraq üstümə cummaq istəyəndə oğlanlarım Rasim və Yadulla məni kənara çəkdi, sonra biz oradan getdik".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, sonra məlum olub ki, Musa polis şöbəsinə gedərək onlardan şikayət edib: "Mübahisə 2-3 dəqiqə davam edib, həmin vaxt ətrafda heç kəs olmayıb. İlk dəfə törətdiyim bu əməldən peşman olaraq Musa ilə barışmışam və ona dəymiş ziyanı tamamilə ödəmişəm. Hazırda Musanın məndən heç bir şikayəti yoxdur".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ceyhun Cabbarov bildirib ki, təqsirləndirilən şəxs onun doğma əmisi, Rasim və Yadulla isə əmisi Əmrahın oğullarıdır: "Atam Məmmədhəsən rəhmətə getdikdən sonra əmim Əmrah və ailəsi ilə münasibətim soyumağa başladı. Yaşadığım evlə əmim Əmrahın evi arasında təxminən 100-150 metr məsafə var. Əmim oğlu Yadulla yay ayları bağ evinə gələn qonşuya həyətdə bəzi işlərdə kömək edir.