Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib
Siyasət 12 Yan 2021 18:48:20 55 0
Prezident İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası "Nur Otan" Partiyasının Sədri Nursultan Nazarbayevə təbrik məktubu göndərib.
Bu xəbəri də oxu: Belarus saytında 20 Yanvar faciəsinin ildönümünə dair məqalə dərc edilib
Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli Nursultan Abişeviç,
Lideri olduğunuz "Nur Otan" Partiyasının Qazaxıstanda keçirilmiş parlament seçkilərində inamlı qələbə qazanması münasibətilə Sizi öz adımdan və Yeni Azərbaycan Partiyası adından ürəkdən təbrik edirəm.
Qazaxıstanın müasir tarixi ölkənin aparıcı siyasi qüvvəsi olan "Nur Otan" Partiyasının fəaliyyəti ilə sıx bağlıdır. Partiya yarandığı gündən Qazaxıstan dövləti və xalqına şərəflə xidmət etmiş, böyük işlər görmüşdür. Qurucusu olduğunuz və başçılıq etdiyiniz partiyanın bu qələbəsi Qazaxıstanın rifahı naminə həyata keçirdiyiniz ümummilli siyasətə, çoxşaxəli fəaliyyətinizə verilən yüksək qiymətin ifadəsi, xalqınızın Sizə olan inam və etimadının bariz təzahürüdür.
Azərbaycan ilə Qazaxıstanı ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanan strateji tərəfdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, bu xoş ənənələrə əsaslanan Azərbaycan-Qazaxıstan dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzu edirəm".
Şimali Koreya rəsmilərindən qəribə davranış: Bir il sonra qəfil maska t

Müğənni Əlikram Bayramovun Hövsan qəsəbəsində özünə yeni tikdirdiyi

Prezident İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Zati-aliləri

Aktyor Çağatay Ulusoy iki il əvvəl iş həyatına atılıb.

Moldovanın yeni seçilmiş Prezidenti Maya Sandu ilk rəsmi səfərini Ukraynay

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Preziden

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfind

Bakının Xəzər rayonunda cinayət törətməkdə təqsirli bilinən 1952-ci i

Sənətimin hər dövründə gedib restoranda oxumağı qəbul etməmişəm. Ya

Ötən gün aktyor Kadir Doğulu İstanbulun Cihangir səmtində kameralara tuş

İranda ötən sutka ərzində 98 nəfər koronavirusdan (COVID-19) ölüb.

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 204

Artıq doğmalarım, dostlarım üçün çox darıxıram. Teatrımızın yenidə

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onlar

Bakı metropoliteni ötən il metro stansiyalarının havalandırma sisteminin m
