"Moskva bəyanatı Azərbaycanın milli maraqları baxımından növbəti uğurlu addımdır"


Siyasət 12 Yan 2021 18:37:00 66 0

"Moskva bəyanatı Azərbaycanın milli maraqları baxımından növbəti uğurlu addımdır"

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məcisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, 10 noyabr üçtərəfli bəyanatının videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi:

"Üçtərəfli Moskva görüşü nəticəsində imzalanan bəyanat Azərbaycanın milli maraqları baxımından növbəti uğurlu addımdır və bu bəyanat Azərbaycanın milli maraqlarına, taktiki və strateji hədəflərinə tam cavab verir. Belə ki, bu bəyanat bütövlükdə regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpasına həsr olunub və bunun üçün konkret və işlək mexanizmi özündə əks etdirir.

Bu tarixi məsələnin effektiv həlli üçün hər üç ölkənin Baş nazirinin müavinləri səviyyəsində birgə İşçi Qrupu yaradılır və İşçi Qrupuna bu ilin martın 1-nə kimi avtomobil, dəmiryolu xəttlərinin açılması və müxtəlif iqtisadi layihələrin icrası ilə bağlı konkret təkliflər hazırlayıb təqdim etmək tapşırılır. Bu isə o deməkdir ki, 11 yanvar bəyanatı noyabrın 10-da imzalanmış sənədin 9-cu maddəsinin icrası üçün konkret mexanizm və vaxt çərçivəsi müəyyən edir ki, bu da çox önəmli nəticədir.

Hamıya məlumdur ki, Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən, ərazi bütövlüyümüzü və beynəlxalq səviyyədə tanınan sərhədlərimizi bərpa etdikdən sonra regionda kommunikasiyaların açılmasında, iqtisadi və ticari əlaqələrin bərpa olunmasında ən çox maraqlı olan Azərbaycandır. Çünki 30 ildən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq.

Həmçinin, Azərbaycan Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcək, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları da birləşəcək. Moskva görüşü zamanı, eləcə də imzalanmış bəyanatda bircə dəfə də olsun "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi işlədilmədi. Bu da o deməkdir ki, artıq bu ifadə keçmişdir, tarixdir. Rusiya kimi, Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Həmçinin Moskva bəyanatı ilə yaradılacaq işçi qrupları, həyata keçiriləcək infrastruktur layihələri ancaq dövlətlər arasında icra olunacaq".

Azərbaycan bu regionlardan quş və quş məhsullarının idxalına qadağa qoydu like
  • 12 Yan 18:34  
Digərləri Azərbaycan bu regionlardan quş və quş məhsullarının idxalına qadağa qoydu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfind

arrow Ətraflı
Bakıda kişi oğlanları ilə birgə qardaşı oğlunu döydü like
  • 12 Yan 18:33  
Kriminal Bakıda kişi oğlanları ilə birgə qardaşı oğlunu döydü

Bakının Xəzər rayonunda cinayət törətməkdə təqsirli bilinən 1952-ci i

arrow Ətraflı
"Nə qədər pul versələr də heç vaxt siqaret reklam etmərəm" like
  • 12 Yan 18:28  
Şou-biznes "Nə qədər pul versələr də heç vaxt siqaret reklam etmərəm"

Sənətimin hər dövründə gedib restoranda oxumağı qəbul etməmişəm. Ya

arrow Ətraflı
Kadir Doğulu karantin qaydalarını pozdu like
  • 12 Yan 18:22  
Digərləri Kadir Doğulu karantin qaydalarını pozdu

Ötən gün aktyor Kadir Doğulu İstanbulun Cihangir səmtində kameralara tuş

arrow Ətraflı
İranda bir gündə 6,4 min nəfər koronavirusa yoluxub, like
  • 12 Yan 18:17  
Dünya İranda bir gündə 6,4 min nəfər koronavirusa yoluxub,

İranda ötən sutka ərzində 98 nəfər koronavirusdan (COVID-19) ölüb.

arrow Ətraflı
ABŞda COVID19dan ölənlərin sayı 376 mini ötüb like
  • 12 Yan 18:16  
Dünya ABŞda COVID19dan ölənlərin sayı 376 mini ötüb

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 204

arrow Ətraflı
"Möcüzəyə ehtiyacım var" like
  • 12 Yan 18:15  
Kriminal "Möcüzəyə ehtiyacım var"

Artıq doğmalarım, dostlarım üçün çox darıxıram. Teatrımızın yenidə

arrow Ətraflı
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılır  VİDEO  FOTO like
  • 12 Yan 18:14  
Digərləri Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılır VİDEO FOTO

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onlar

arrow Ətraflı
Ötən il Bakı metropoliteni 10 yeni ventilyator alıb like
  • 12 Yan 18:11  
Digərləri Ötən il Bakı metropoliteni 10 yeni ventilyator alıb

Bakı metropoliteni ötən il metro stansiyalarının havalandırma sisteminin m

arrow Ətraflı
Manatın sabaha məzənnəsi like
  • 12 Yan 18:08  
Digərləri Manatın sabaha məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 13-nə olan USD/AZN rəsmi məzənn

arrow Ətraflı
Uşaq istəmədiyi üçün boşandılar like
  • 12 Yan 18:06  
Digərləri Uşaq istəmədiyi üçün boşandılar

Ötən il ikinci dəfə ərə gedən model Demet Şener biznesmen Cenk Küpelid

arrow Ətraflı
Bu il üzrə ipoteka kreditləri üçün limitlər ayrılıb like
  • 12 Yan 18:05  
Digərləri Bu il üzrə ipoteka kreditləri üçün limitlər ayrılıb

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2021-ci il ərzində ipoteka k

arrow Ətraflı
Milyarder Şeldon Adelson vəfat etdi like
  • 12 Yan 18:04  
Dünya Milyarder Şeldon Adelson vəfat etdi

Milyarder və "Las Vegas Sands"ın qurucusu Şeldon Adelson 88 yaşın

arrow Ətraflı
“Şükür Həmidov yanımızda şəhid oldu, biz o təpəni ala bildik”  FOTO like
  • 12 Yan 18:03  
Digərləri “Şükür Həmidov yanımızda şəhid oldu, biz o təpəni ala bildik” FOTO

44 günlük Vətən müharibəsinin iştirakçılarından biri də Lənkəran ra

arrow Ətraflı
Nazarbayevin qızı yenidən parlamentə qayıtdı like
  • 12 Yan 17:58  
Dünya Nazarbayevin qızı yenidən parlamentə qayıtdı

Qazaxıstanın keçmiş prezidenti, "Elbaşı" titulunun sahibi Nursul

arrow Ətraflı