Kadir Doğulu karantin qaydalarını pozdu


Digərləri 12 Yan 2021 18:22:00 155 0

Kadir Doğulu karantin qaydalarını pozdu

Ötən gün aktyor Kadir Doğulu İstanbulun Cihangir səmtində kameralara tuş gəlib.

Son.az axşam.az-a istinadən bildirir ki, aktyorun pandemiya ərəfəsində qaydaları pozaraq, maskasız gəzməyi diqqət çəkib. Jurnalistlərlə söhbət edən Kadir maska taxmamasının səbəbini açıqlayıb:

"Virusun havadan keçdiyinə aid heç bir sübut yoxdur. Ona görə də maskasız gəzirəm".

Bu sözlərindən sonra hamı Kadiri "türkiyəli Covid-19 mütəxəssisi" adlandırıb.