Pakistanın əczaçılıq şirkətləri Azərbaycanda istehsal müəssisələri yaratmağı planlaşdırır


Digərləri 12 Yan 2021 17:55:00 129 0

Pakistanın əczaçılıq şirkətləri Azərbaycanda istehsal müəssisələri yaratmağı planlaşdırır

Pakistanın əczaçılıq şirkətləri Azərbaycanda istehsal müəssisələri yaratmağı planlaşdırır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə İslamabad Ticarət-Sənaye Palatasının nümayəndələri ilə görüşü zamanı deyib.

O bildirib ki, Azərbaycan və Pakistan əczaçılıq sənayesinin inkişafı üçün böyük potensiala malikdir:

"Azərbaycan və Pakistan həmişə siyasi sahədə gözəl münasibətlərə malik olub. Amma ticari-iqtisadi əlaqələrə lazımi səviyyədə olmayıb. Ona görə də ticarət münasibətlərinin inkişafına diqqət vermək lazımdır. Bu, hər iki ölkənin iqtisadiyyatı üçün səmərəli nəticələr verəcək. Dünyada koronavirusun yayılması ölkələrimiz arasında ticarət fəallığının azalmasına səbəb oldu, amma pandemiyadan sonra ikitərəfli ticarətin artacağı gözlənilir".