Üçtərəfli Moskva bəyanatı Azərbaycanın milli maraqlarına cavab verir


Siyasət 12 Yan 2021 17:44:00 138 0

Üçtərəfli Moskva bəyanatı Azərbaycanın milli maraqlarına cavab verir

11 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. Bu Bəyanat 2020-ci ilin 10 noyab tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bəyanatla Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli işçi qrupunun yaradılması nəzərdə tutulmuşdur. İşçi qrupu 2021-ci ilin martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpası və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqlənməsi üçün təqdim edilməsi nəzərdə tutulur. Bu Bəyanatın qəbul edilməsi Azərbaycanın Milli maraqlarlarına cavab verir. Bu Bəyanat 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatın yerinə yetirilməsi istiqamətində növbəti addımdır. Hərbi əməliyyatlarının dayandırılmasının yekunlarına dair bəyanatın 9-cu bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aiddir. Nəqliyyat kommunikasiyalarının açılması Azərbaycanın, Ermənistanın, Rusiya Federasiyasının eləcə də qonşu Türkiyə, İran və digər region ölkələrinin mənafeyinə uyğundur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatında qeyd edib ki, 10 noyabr tarixli birgə Bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib. "Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatçılıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmləndirmək haqqında düşünməliyik".

Milli Məclisin deputatı Rauf Əliyev

Trend