Yaşayış yerini tərk edən daha iki koronavirus xəstəsinə cinayət işi başlandı


Digərləri 12 Yan 2021 17:49:00 123 0

Yaşayış yerini tərk edən daha iki koronavirus xəstəsinə cinayət işi başlandı

Daxili işlər orqanları əməkdaşları ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, yanvarın 11-də həyata keçirilən tədbirlər nəticəsində yaşayış yerini icazəsiz tərk edən 4 nəfər aktiv koronavirus xəstəsi icimai yerlərdə müəyyən edilərək saxlanılıb.

Həmin şəxslər xüsusi nəzarətlə evə qaytarılıb. Onlardan 2 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.