100 karxananın fəaliyyətində pozuntular aşkarlanıb


Digərləri 12 Yan 2021 17:35:00 96 0

100 karxananın fəaliyyətində pozuntular aşkarlanıb

İmişlidə bütün karxanaların fəaliyytində pozuntular aşkarlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Agentliyinin sədri Samir Qurbanov deyib.

Onun sözlərinə görə, həmin karxanalarla bağlı hüquqi addımlar atılıb: "Həm dronlarla, həm də yerli müşahidələr zamanı onların fəaliyyətində kənaraçıxmalar qeydə alınıb".

S.Qurbanov qeyd edib ki, ötən il ümumilikdə 100-dən çox daş karxanasının vəziyyəti qiymətləndirilib.