Asiya İnkişaf Bankı Azərbaycanda yeni iqtisadi layihənin reallaşdırılmasına başlayıb


Digərləri 12 Yan 2021 17:05:00 97 0

Asiya İnkişaf Bankı Azərbaycanda yeni iqtisadi layihənin reallaşdırılmasına başlayıb

Azərbaycanda Asiya İnkişaf Bankının (AİB) daha səmərəli iqtisadi siyasət üçün biliklərin artırılmasına texniki dəstək üzrə layihəsi start götürüb.

Son.az xəbər verir ki, bu barədə Trend banka istinadən məlumat verir.

Layihə çərçivəsində dövlət idarəçiliyinin və institusional potensialın inkişafı nəzərdə tutulur.

Layihə 380 min dollar mələğində dəyərləndirilir və AİB-in Texniki dəstək xüsusi fondu tərəfindən maliyyələşdirilir. Layihənin reallaşdırılması 2022-ci ilin sonunadək davam edəcək.