"Azərbaycan öz məqsədlərinə çatdı"


Siyasət 12 Yan 2021 16:46:09 74 0

"Azərbaycan öz məqsədlərinə çatdı"

Noyabrın 10-da imzalanmış sənədin reallaşdırılması üçün müəyyən addımların atılması zəruri idi.

Bunu Son.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, üçtərəfli yeni bəyanat yeni iqtisadi reallığın əmələ gəlməsinə gətirib çıxaracaq:

"Son həftələr ərzində regionda müəyyən proseslər baş verir. Yəni, sülhməramlılar gəlib, amma onların funksiyaları tam dəqiqləşdirilməyib. Eyni zamanda nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı müddəanın reallaşması kifayət qədər yerinə yetirilməyib. Digər müxtəlif proseslər, problemli digər məsələlər meydana çıxmışdı. Belə ki, separatçı qurumun nümayəndələri təxribatçı çıxışlar edirdi, Ermənistanın XİN rəhbərinin Xankəndinə qeyri-qanuni səfəri baş tutmuşdu. Bunlar hamısı qıcıq doğuran məsələlər idi və ayın 10-da imzalanmış bu sazişin reallaşmasına əngəllər törədirdi. Bunların hamısını çözmək lazım idi. Bu üçtərəfli görüş gələcəkdə belə destruktiv addımların qarşısını almaq, "oyun" qaydalarını müəyyənləşdirmək üçün vacib bir görüş idi. Digər tərəfdən də noyabrın 10-da qəbul edilmiş üçtərəfli sənəddə konkret bu addımların atılması ilə bağlı mexanizmləri nəzərdə tutmamışdı. Yəni, bu ümumi bir sənəd idi. İndi mexanizmlərin yaranması ilə bağlı konkret addımlar atılır. İşçi qrupunun yaradılması buna hesablanıb ki, yaxın bir müddətdə yeni dəhlizlərin yaranması, köhnə dəhlizlərin bərpa olunması ilə bağlı regionda layihələndirmə işləri aparılsın, işlər sürətlənsin. Bu da yeni iqtisadi reallığın əmələ gəlməsinə gətirib çıxaracaq. Çünki bu iqtisadi reallıq siyasi proseslərə də bir növ diqtə edəcək, onların gedişatına müsbət təsir göstərəcək".

İ.Vəlizadə deyib ki, Rusiya artıq regionda yeni bir münaqişə istəmir:

"Təəssüflər olsun ki, erməni tərəfi hələ də statusdan danışır, köhnə gündəmdə olan məsələləri ortalığa atır. Amma artıq bu iqtisadi proseslər, yeni layihələr onu göstərir ki, köhnə gündəm artıq yoxdur. Nə Rusiya tərəfi, nə Azərbaycan tərəfi "münaqişə" terminindən istifadə etmirlər. Rusiya üçün, Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsi yoxdur, status müzakirə olunmayıb. Hamısı keçmişdə qalan məsələlərdir, onlar keçmişdə də qalmalıdır. Yeni reallıq bax budur - İqtisadi proseslərin inkişafına köklənmək. Yeni reallıq yeni iqtisadi mənzərənin yaranmasına köklənib və ona görə də həm Rusiya, həm Azərbaycan tərəfi köhnə gündəmi yenidən gündəmə gətirilməsinin əleyhinədirlər. Burada nə Azərbaycan, nə də Rusiya niyə "münaqişə" terminindən istifadə etmir?! Çünki hər iki tərəfə də münaqişə lazım deyil. Münaqişə Rusiya üçün regionda geosiyasi riskləri, təhdidləri gündəmə gətirə bilər. Bunu Rusiya da istəmir. Rusiya artıq bir neçə münaqişədə iştirak edib, regionda yeni bir münaqişə istəmir. Çünki onun geosiyasi mövqelərini zəiflədə bilər. Ona görə "münaqişə" sözündən qaçır. Azərbaycan tərəfi də bəllidir ki, biz artıq öz məqsədlərimizə çatdıq, ərazi bütövlüyümüzü bərpa etdik. Putin də dəfələrlə demişdi ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Ona görə də biz münaqişə istəmirik. "Münaqişə" termini təəssüflər olsun ki, hələ də Ermənistan tərəfi işlədir. O da müəyyən problemlər yarada bilər. Amma düşünürəm ki, üzümüzə gələn müdətdə Rusiya tərəfi imkan tapıb Ermənistanı başa salacaq ki, atıq bu termindən istifadə etmək əbəsdir".

Təhməz Əsədov Son.az

Yataqların istismara verilməsi hərrac qaydasında olacaq like
  • 12 Yan 16:44  
Digərləri Yataqların istismara verilməsi hərrac qaydasında olacaq

Bu il Yer təki sahələrinin istismara verilməsi hərrac qaydasında olacaq.

arrow Ətraflı
"Nikol, sən çobansan!" like
  • 12 Yan 16:42  
Digərləri "Nikol, sən çobansan!"

Son.az bildirir ki, Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq preziden

arrow Ətraflı
Hollivudun məşhur cütlüyü boşanır like
  • 12 Yan 16:41  
Digərləri Hollivudun məşhur cütlüyü boşanır

Hollivudun ən çox qazanan aktyoru Corc Kluni və hüquqşunas xanımı Amal Kl

arrow Ətraflı
Daha 30 şəhid ailəsi və qaziyə ev verildi  FOTO like
  • 12 Yan 16:38  
Digərləri Daha 30 şəhid ailəsi və qaziyə ev verildi FOTO

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 şəh

arrow Ətraflı
Amerikanların "Telegram"a böyük köçü  3 günə 545 min nəfər...  FOTO like
  • 12 Yan 16:37  
Digərləri Amerikanların "Telegram"a böyük köçü 3 günə 545 min nəfər... FOTO

Telegram son günlər ABŞ-da ən çox yüklənilən ikinci tətbiqə çevrilib.

arrow Ətraflı
"Türkiyə Qarabağda apardığı mübarizədə Aİ ölkələrindən dəstək almadı" like
  • 12 Yan 16:31  
Siyasət "Türkiyə Qarabağda apardığı mübarizədə Aİ ölkələrindən dəstək almadı"

Türkiyə Avropa İttifaqı (Aİ) ölkələri ilə NATO-da bir yerdədir, mütt

arrow Ətraflı
Göyəm turşusu  VİDEO like
  • 12 Yan 16:30  
Digərləri Göyəm turşusu VİDEO

Son.az "Yemək fəlsəfəm" youtube kanalına istinadən oxucularına

arrow Ətraflı
DİN Bakıda sığınacaqda baş verən hadisəyə münasibət bildirdi like
  • 12 Yan 16:28  
Kriminal DİN Bakıda sığınacaqda baş verən hadisəyə münasibət bildirdi

Daxili İşlər Nazirliyi (DİN) Bakıda sığınacaqda baş verən hadisəyə m

arrow Ətraflı
Yaşlı kişi qardaşı arvadını öldürdü, gəlini və nəvələrinə xəsarət yetirdi like
  • 12 Yan 16:27  
Kriminal Yaşlı kişi qardaşı arvadını öldürdü, gəlini və nəvələrinə xəsarət yetirdi

Gəncə şəhərində qardaşı arvadını öldürməkdə, daha iki nəfərə x

arrow Ətraflı
"Əlikramın yeni tikdirdiyi evi uçub" like
  • 12 Yan 16:25  
Şou-biznes "Əlikramın yeni tikdirdiyi evi uçub"

Müğənni Əlikram Bayramovun yeni tikdirdiyi ev uçub.

arrow Ətraflı
"Müharibə və pandemiya olsa da, ötən il Azərbaycanda heç bir sosial layihə təxirə düşmədi" like
  • 12 Yan 16:20  
Siyasət "Müharibə və pandemiya olsa da, ötən il Azərbaycanda heç bir sosial layihə təxirə düşmədi"

2020-ci il Azərbaycan tarixinin ən şanlı illərindən biri oldu. Son 200 il

arrow Ətraflı
Ombudsman Səbinə Əliyeva həkimlərlə görüş keçirib like
  • 12 Yan 16:17  
Digərləri Ombudsman Səbinə Əliyeva həkimlərlə görüş keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

arrow Ətraflı
Qarabağ savaşı Ermənistanı çökdürdü  19 min nəfər itki, like
  • 12 Yan 16:15  
Siyasət Qarabağ savaşı Ermənistanı çökdürdü 19 min nəfər itki,

İkinci Qarabağ Savaşı Ermənistanı çökdürdü. 10 min nəfər itirmişik.

arrow Ətraflı
Onlar milli irsimizə sahib çıxırlar  VİDEO like
  • 12 Yan 16:14  
Digərləri Onlar milli irsimizə sahib çıxırlar VİDEO

Kiçik bir məkanda Azərbaycan milli geyimlərini qoruyur və təbliğ edirlər

arrow Ətraflı