"İşğaldan azad olunmuş yerlərdə gördüyümüz mənzərə əsl faciədir, dini məbədlərin dağıdılması qəbulolunmazdır"
Siyasət 12 Yan 2021 16:48:39 70 0
İşğaldan azad olunmuş yerlərdə gördüyümüz mənzərə əsl faciədir, dini məbədlərin dağıdılması, qəbulolunmazdır.
Bu xəbəri də oxu: 30 ildə Qarabağı talayan xarici şirkətlər
Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanda səfərdə olan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki deyib.
ICESCO-nun baş direktoru bildirib ki, burada gördükləri mənzərə əsl faciədir:
"Biz işğaldan azad olunmuş torpaqlara səfər zamanı bütün kəndlərin, yaşayış yerlərinin, tarixi və dini abidələrin dağıdıldığını gördük. Məscidlərin, dini məbədlərin dağıdılması, təhqir olunması, vandallığa məruz qalması qəbulolunmazdır. Dini məkanlara hörmətlə yanaşılmalı, onlar qorunmalıdır. Əminəm ki, dağıdılmış bu ərazilərdəki bütün dini-mədəni abidələr bərpa olunacaq. Təbii ki, yalnız ölkə və bölgə, region səviyyəsində deyil, dünya səviyyəsində insanların dini inanclarına fərq qoyulmamalı, hər bir dinə məxsus məbədlərə hörmət olunmalıdır.
Hər bir müharibə təəssüf ki, əraziləri dağıntılara məruz qoyur, həmçinin müxtəlif obyektləri. Amma buna baxmayaraq, dini-mədəni məkanların və mədəni irsin dağıdılması yolverilməzdir.
Bəzən biz məlumatları alırıq, eşidirik, oxuyuruq. Amma gəlib gözümüzlə gördüyümüz mənzərə bizi çox kədərləndirir və hər birimizə təsir edir".
Onun sözlərinə görə, ilk növbədə, Azərbaycan hökuməti tərəfindən müəyyən sorğular göndərilməlidir və bundan sonra müstəqil ekspertlər komitəsi tərəfindən həmin sorğular dəyərləndiriləcək:
"Mədəni irs abidələrinin İslam Dünyası İrsi Siyahısına daxil olunması həm də o deməkdir ki, bu mədəni obyektlər, dini abidələr ICESCO tərəfindən qorunacaq. Bizim əsas məqsədimiz mədəni-dini irsə aid olan abidələri qorumaqdır. Eyni zamanda, vurğulamaq istərdik ki, biz bütün dinlərə aid dini abidələri qoruyuruq.
Bizə bu ərazilərdəki vəziyyəti yerində görməyimizə şərait yaratdığına görə Azərbaycan hökumətinə təşəkkürümüzü bildiririk. Ümid edirəm ki, bu yerlər yenidən bərpa olunandan sonra bura bir daha gəlmək imkanımız olacaq".
İşğaldan azad olunmuş ərazilərdə olan abidələrin sayı hazırda elmə m

Noyabrın 10-da imzalanmış sənədin reallaşdırılması üçün müəyyən a

Bu il Yer təki sahələrinin istismara verilməsi hərrac qaydasında olacaq.

Son.az bildirir ki, Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq preziden

Hollivudun ən çox qazanan aktyoru Corc Kluni və hüquqşunas xanımı Amal Kl

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 şəh

Telegram son günlər ABŞ-da ən çox yüklənilən ikinci tətbiqə çevrilib.

"WhatsApp" bundan əvvəl də "Facebook" və "Instagram

Türkiyə Avropa İttifaqı (Aİ) ölkələri ilə NATO-da bir yerdədir, mütt

Daxili İşlər Nazirliyi (DİN) Bakıda sığınacaqda baş verən hadisəyə m

Gəncə şəhərində qardaşı arvadını öldürməkdə, daha iki nəfərə x

2020-ci il Azərbaycan tarixinin ən şanlı illərindən biri oldu. Son 200 il

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
