"Bundan sonra yeni bir mərhələ quruculuq dövrü başlayır"


Siyasət 12 Yan 2021 15:57:00 110 0

"Bundan sonra yeni bir mərhələ  quruculuq dövrü başlayır"

2020-ci ilin ən əsas hadisəsi və ən əsas nəticəsi Vətən müharibəsində əldə olunmuş tarixi zəfər, torpaqlarımızın işğaldan azad olunmasıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Vətən müharibəsində əldə olunmuş qələbə nəinki 2020-ci ilin ən yaddaqalan hadisəsidir, eyni zamanda, tariximizə parlaq hərflərlə yazılmış, milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq möhtəşəm bir qələbədir.

"Bundan sonra yeni bir mərhələnin - quruculuq dövrünün başlandığını" - deyən xanım spiker qeyd edib ki, bu dövrdə görüləcək tədbirlər, qarşıda duran vəzifələr müşavirədə cənab Prezident tərəfindən aydın şəkildə ifadə edildi: "Əminəm ki, bu vəzifələrin yerinə yetirilməsi Azərbaycanın uğurla, inamla inkişafına töhfə verəcək".