Bayraktar TB2 tarix yazan Azərbaycan Ordusunun səmadakı yumruğu


Digərləri 28 Noy 2020 23:58:00 207 0

Bayraktar TB2  tarix yazan Azərbaycan Ordusunun səmadakı yumruğu

Bu günlərdə müzəffər Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazisi olan Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistana məxsus olan hərbi obyektlərə sarsıdıcı zərbələr vurmağa davam edir. Hər gün Müdafiə nazirliyinin Youtube kanalında dərc edilən videoçarxlarda düşmənin hərbi texnikasının və canlı qüvvəsinin Milli Ordumuzun Hərbi Hava Qüvvələri tərəfindən məhv edildiyinin şahidi oluruq.

İzləməkdən doymadığımız videolardakı bu zərbələri həyata keçirən silahlı pilotsuz uçan aparatlar (SPUA) arasında qardaş Türkiyə Cümhuriyyətinin Bayraktar Makina şirkətinn istehsalı olan Bayraktar TB2 aparatı da vardır.

Bayraktar TB2 - ortahündürlüklü əməliyyat-taktiki pilotsuz uçan zərbə aparatıdır. Qeyd etdiyim kimi, Bayraktar Makina şirkətinin istehsalı olan bu aparat uzun müddət səmada qala bilir. 2014-cü ilin avqust ayında TB2 taktiki ortahündürlüklü PUA sinifində uçuş müddəti üzrə dünya rekorduna imza atıb. TB2 8 kilometr hündürlükdə 24 saat 34 dəqiqə qalmağa müvəffəq olub.

Bayraktar PUA layihəsi üzərində çalışmalar 2000-ci illərdə başlayıb. Bu gün Türkiyə və Azərbaycanın Silahlı Qüvvələrinin arsenalında olan TB2 modeli 2009-cu ildə buraxılmış TB1 modelinə əsaslanır. Bayraktar TB2 modelinin texniki xarakteristikaları belədir:

Uzunluğu: 6,5 metr Qanadların genişliyi: 12 metr Maksimal uçuş çəkisi: 650 kiloqram Yükgötürmə qabiliyyəti: 55 kiloqram Maksimal sürəti: 222 km/saat Kreyser sürəti 130 km/saat Fəaliyyət radiusu: 150 kilometr Tavanı: 8200 metr Avtonomluğu: 24 saat

Bayraktar TB2 modeli Rotax 912 daxili yanma mühərriki ilə təchiz edilir, onun korpusu kompozit materiallardan hazırlanır. PUA avtomatik qalxış və eniş sistemləri ilə təchiz edilir.

TB2 idarəolunan tank əleyhinə raketləri və aviasiya bombalarını daşıya bilir. Məsələn, UMTAS tank əleyhinə raket kompleksi 2015-ci ildə uğurla sınaqdan çıxarılıb. Bu gün Qarabağda məhv edilən düşmən tankları bir daha bu faktı sübut edir.