Dünyada qızılca xəstəliyinə yoluxma halları artıb


Digərləri 28 Noy 2020 23:40:00 164 0

Dünyada qızılca xəstəliyinə yoluxma halları artıb

Dünyada qızılca xəstəliyinə yoluxma halları artıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bununla bağlı xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib ki, ötən il yoluxma halları 870 minə çatıb. Bu, 1996-cı ildən indiyədək olan ən yüksək göstərici sayılır. Son 3 ildə xəstəlikdən ölənlərin sayı 50 faiz artıb.

Ötən il yoluxma hallarının əksəriyyəti Gürcüstan, Qazaxıstan, Ukrayna, Şimali Makedoniya, Madaqaskar, Mərkəzi Afrika, Konqo respublikaları, Samoa və Tonqa Krallığına aid olub.

ÜST hesab edir ki, bu xəstəliklə mübarizədə xeyli irəliləyişə nail olunub, 2016-cı ildə dünyada rekord sayda yoluxma hallarının aşağı olması qeydə alınıb.

Yeni qızılca epidemiyasının səbəbi vaksinasiya problemləri, koronavirus pandemiyası dövründə peyvəndləmədə gecikmələr, eləcə də əhalinin peyvənddən imtinası göstərilib.