Hikmət Hacıyev, diplomatik nümayəndələr və "Qarabağ" klubu Ağdam məscidində FOTO


Siyasət 28 Noy 2020 15:53:00 137 0

Hikmət Hacıyev, diplomatik nümayəndələr və "Qarabağ" klubu Ağdam məscidində  FOTO

Prezidentin köməkçisi Hikmət Hacıyev, diplomatik korpus nümayəndələri və beynəlxalq təşkilat rəhbərləri Ağdama səfər çərçivəsində Ağdam məscidində də olublar.

Son.az bildirir ki, Trend-in bölgə müxbirinin məlumatına görə, Ağdam məscidini ziyarət edənlər arasında incəsənət xadimləri ilə yanaşı, "Qarabağ" futbol klubu da olub.

Qeyd edək ki, nümayəndələr daha öncə Tərtərdə olublar, onlara burada Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumat verilib.