"Ruslan Quliyev təzyiqə məruz qalmayıb"


Kriminal 28 Noy 2020 14:48:00 202 0

"Ruslan Quliyev təzyiqə məruz qalmayıb"

Vətəndaş Ruslan Quliyevin polis tərəfindən təzyiqə məruz qalması barədə səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir, əsassızdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, R.Quliyev vətəndaş İradə Əliyevanın müraciəti əsasında müvafiq polis orqanına çağırılaraq izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Hazırda araşdırmalar davam etdirilir.