"Tərtərə atılan “Smerç” raketi yerli muzeyə təhvil verilib"


Siyasət 28 Noy 2020 13:55:00 148 0

"Tərtərə atılan “Smerç” raketi yerli muzeyə təhvil verilib"

Oktyabrın 29-da Ermənistan ordusu tərəfindən Tərtərə atılan "Smerç" raketi fərdi evdən götürülərək yerli muzeyə təhvil verilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında bildirib.

Prezidentin köməkçisi deyib: "Tərtər rayonu Şıxarx qəsəbəsi. 44 günlük müharibədə Ermənistan məcburi köçkünlər üçün tikilmiş bu yaşayış məntəqəsini intensiv şəkildə fərq qoymadan atəşə məruz qoyub. Diplomatik korpusun nümayəndələri Ermənistanın amansız raket və artilleriya hücumlarının nəticələrinin şahidi oldular".