8 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub FOTO


Digərləri 27 Noy 2020 15:46:00 120 0

8 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub  FOTO

Bu gün Göyçay rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni inşa edilmiş mənzillərin açarları təqdim olunub.

Son.az APA-ya istinadən bildirir ki, Göyçay rayonunda evlərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova iştirak ediblər.

Qeyd edilib ki, bu gün 10 rayonda (Göyçay, Daşkəsən, Gədəbəy, Saatlı, Kürdəmir, Quba, Salyan, Şəmkir, Qazax, Ağdaş) şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 28 yeni fərdi yaşayış evi təqdim olunub.

Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onların artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib. İndiyədək isə Nazirlik tərəfindən 8451 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.