Lənkəran sakininin evindən tapança və patron götürüldü


Kriminal 27 Noy 2020 15:35:00 136 0

Lənkəran sakininin evindən tapança və patron götürüldü

Lənkəran sakininin evindən silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən xəbərə görə, Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini X.Məmmədlinin yaşadığı evə baxış zamanı oradan "Spanish Astra 4000" modelli tapança, 5 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.