24 yaşlı qızın müəmmalı qətli ilə bağlı məhkəmə başlayır


Kriminal 27 Noy 2020 15:02:00 142 0

24 yaşlı qızın müəmmalı qətli ilə bağlı məhkəmə başlayır

Daşkəsən rayonunda gənc qızın müəmmalı qətlə yetirilməsi ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Son.az Trend-ə istinadən bildirir ki, iş üzrə cinayət işinin istintaqı yekunlaşaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xəqani Səmədovun icratına verilib. İş üzrə məhkəmənin hazırlıq iclası dekabrın 10-na təyin olunub.

Xatırladaq ki, bu il iyunun 4-də Daşkəsən rayonunun Əhmədli kənd sakini 1996-cı il təvəllüdlü Elgün Abbasova qətlə yetirilib.

Qətldən sonra qızın atası Elşah Abbasov hüquq-mühafizə orqanlarına zəng vuraraq qızını qətlə yetirdiyini bildirsə də, daha sonra qızın qardaşı Elvin Abbasov hüquq-mühafizə orqanlarına bacısını qısqanclığa görə məhz özünün öldürdüyünü deyib.

Daşkəsən rayon Prokurorlıuğundan isə bildirilib ki, aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Elvin Abbasovun qısqanclıq zəminində bacısı, 1996-cı il təvəllüdlü Elgün Abbasovanın başına odun parçası vurmaqla onu qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.