Koronavirusa yoluxan gənclərin bir çoxunda da ağırlaşma müşahidə edilir


Digərləri 27 Noy 2020 14:30:00 129 0

Koronavirusa yoluxan gənclərin bir çoxunda da ağırlaşma müşahidə edilir

Əvvəl daha çox xroniki xəstəliyi olan, yaşlı insanların koronavirusu ağır formada keçirdiyini görürdük. Amma artıq xeyli sayda gənc insanın da xəstəliyi ağır formada keçirdiyi müşahidə edilir.

Son.az bildirir ki, bunu Trend-ə TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, virusa yoluxanların 100 nəfərdən 80-ni onu yüngül formada keçirir:

"Bütün insanlarda yoluxmanın ilk günlərində xəstəlik yüngül formada olur. Xəstəliyi ağır keçirənlərin də vəziyyəti ilk mərhələdə yüngül olur. Lakin xəstəliyin 7-10-cu günündə onun ağırlaşdığını görə bilirik".