Gürcüstanda 4 780 yeni yoluxma,


Dünya 27 Noy 2020 14:23:00 102 0

Gürcüstanda 4 780 yeni yoluxma,

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 780 yoluxma halı qeydə alınıb, 37 nəfər ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 123 470 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 1 161 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 102 270 nəfərin sağaldığı bildirilir.