Asiya İnkişaf Bankı Azərbaycanda yol hərəkəti təhlükəsizliyi üzrə layihə icra edəcək


Digərləri 27 Noy 2020 14:25:00 131 0

Asiya İnkişaf Bankı Azərbaycanda yol hərəkəti təhlükəsizliyi üzrə layihə icra edəcək

Asiya İnkişaf Bankı (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramına qoşulmuş ölkələr üçün yol hərəkəti təhlükəsizliyi təşəbbüslərini dəstəkləyən və inkişafını nəzərdə tutan texniki dəstək layihəsini həyata keçirəcək.

Son.az bildirir ki, Trend bu barədə Bank-a istinadən məlumat verir.

Qeyd olunur ki, bu layihə Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Özbəkistan və başqa ölkələrdə icra ediləcək və büdcəsi 1,5 milyon dollar təşkil edir.

Məlumata əsasən, layihə regional siyasət üzrə dialoqu asanlaşdıracaq. Layihə yol təhlükəsizliyi üzrə meydana gələn çətinliklərə qarşı koordinasiya edilmiş yanaşma və bilik mübadiləsinə şərait yaradacaq.