Masallı və Cəlilabadda 5 koronavirus xəstəsi saxlanılıb FOTO


Digərləri 27 Noy 2020 13:56:00 129 0

Masallı və Cəlilabadda 5 koronavirus xəstəsi saxlanılıb  FOTO

Masallı və Cəlilabadda polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş daha 5 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Son.az-a verilən məlumata görə, Masallı rayon sakinləri S.Mehdiyev, L.Kərimov, Ə.Əkbərov, Cəlilabad rayon sakinləri S.Yüzbaşov və M.Əbülhəsənova COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb

Masallı və Cəlilabad Rayon Polis Şöbələrinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar müxtəlif ərazilərdə saxlanılaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.

Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.