82 yaşlı qadın qazdan boğulub öldü


Digərləri 27 Noy 2020 13:23:00 105 0

82 yaşlı qadın qazdan boğulub öldü

Balakəndə 82 yaşlı qadın qazdan boğulub.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qullar kəndində qeydə alınıb. Kənd sakini, 1938-ci il təvəllüdlü Hürü Mohuma qızı Nastakalkova yaşadığı ünvanda qaz sızmasından boğularaq ölüb.

Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.