Anbarlara 2 milyon kubmetr qaz vurulub


Digərləri 27 Noy 2020 13:01:00 138 0

Anbarlara 2 milyon kubmetr qaz vurulub

Havaların soyuması ilə əlaqədar olaraq, tələbatı nəzərə alaraq noyabrın 11-dən etibarən anbarlardan qazın götürülməsinə başlanılıb.

Son.az bildirir ki, bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

"Qazvurma mövsümü zamanı (2020-ci ilin aprelindən noyabrın əvvəlinə kimi) anbarlara 2 milyon kubmetr qaz vurulub. Qazvurmanın sonuna anbarlara yığılan qazın həcmi 3,2 milyard kubmetr təşkil edib".