Çin məhkəməsi saxta "Starbucks" qəhvəsi satan şirkəti 3,2 milyon dollar cərimələyib


Digərləri 27 Noy 2020 04:30:00 149 0

Çin məhkəməsi saxta "Starbucks" qəhvəsi satan şirkəti 3,2 milyon dollar cərimələyib

Çinin Usi şəhərinin məhkəməsi dünyaca məşhur olan "Starbucks" brendinin saxta qəhvələrini satan şirkəti 21 milyon yuan (təxminən 3,2 milyon ABŞ dolları) cərimələyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Ciansu vilayətinin İstehlakçılar Şurasının şikayəti əsasında başlanmış məhkəmə işində "Şuanşan qida" şirkətinin "Starbucks" brendi ilə 50-dən çox müəssisəyə saxta qəhvə və digər məhsullar satması ictimai maraqların pozulması faktı kimi qiymətləndirilib. Məhkəmə İstehlakçılar Şurasının "Şuanşan qida" şirkətindən 3,2 milyon dollar dəyərində kompensasiya tələbini haqlı hesab edib.

Şuranın sədr müavini Cu Şan deyib ki, ictimai maraqların qorunması üzrə məhkəmə prosesi istehlakçıların, eləcə də intellektual mülkiyyətin sahibinin qanuni hüquq və mənafelərini müdafiə edəcək.

Ötən ilin dekabrında həmin məsələyə dair məhkəmə prosesində 5 nəfərə 5 ilədək həbs cəzası verilmişdi. İctimai maraqların qorunmasına dair cərimə isə həmin iş üzrə əlavə cəzadır.