Cəbhədən qayıdan həkim: "Həyat yoldaşım mənimlə fəxr edir" FOTO


Digərləri 27 Noy 2020 01:30:00 183 0

Cəbhədən qayıdan həkim: "Həyat yoldaşım mənimlə fəxr edir"  FOTO

Ölkəmiz müharibə şəraitində olan zaman, hər birimiz çalışdığımız sahənin əsgəri olmalıyıq. Çünki əsrlər boyu minlərlə ərənlərimizin qanı tökülən bu Vətən yalnız təmas xəttinda qazılan səngərlərdə qorunmur. O səngər ürəklərdə də qazılmalıdır.

Sizə təqdim edəcəyimiz müsahibimiz də sahib olduğu peşəsi ilə qürurverici addım atıb. Fədakarlığın ən nümunəvisini edib. 

O, həkim Aynurə Hidayətqızıdır. Əməliyyatdan yeni çıxmasına baxmayaraq, ürəyi cəbhədəki əsgərlərlə döyünən həkim könüllü olaraq cəbhəyə yollanıb.

Son.az modern.az-a istinadən onunla müsahibəni təqdim edir.

- Aynurə xanım, əvvəlcə özünüzdən qısa nəlumat verin.

- 1981-ci ildə Bakı şəhərində anadan olmuşam. Ailədə 4 uşaq olmuşuq. Ali təhsilimi Azərbaycan Tibb Universitetində almışam. Hazırda Tibb Mərkəzində işləyirəm.

İkinci Qarabağ Savaşı başlayanda cəbhəyə gedib, əsgərlərə tibbi xidmət göstərməyi özümə borc bildim. Çünki savaşda yaralanan Azərbaycanımın əsgəri idi.

- Cəbhəyə yolanıb, əsgərlərə xidmət etmək fikri sizdə nə vaxt, nədən yarandı?

- Bu qərarı ona görə verdim ki, ölkəmizdə müharibə Qarabağ uğrunda gedirdisə, orada nə qadınımız seçilməli idi kişilərimizdən, nə də kişilərimiz qadınımızdan. Bu savaşda biz haqqımız olan torpağımızı geri istəyirdik. Azərbaycanın övladıyamsa, mən də Vətən Müharibəsində iştirak edib, borcumu layiqincə yerinə yetirməli idim.

- Cəbhədə xidmət edən bir həkim olaraq, orada keçən günləri təsəvvürünüzdə necə canlandırıb ifadə edə bilərsiz? Təbii ki, göydə uçuşan mərmilərin altında yaralı əsgərlərə xidmət etmək asan deyil.

- Əlbəttdə, asan deyildi. Qorxu yox, qisas hissi var idi. Gün ərzində nə qədər yaralı əsgərlərimizə xidmət edib, dərdinə şərik çıxırdıq. Amma yorulduğumu, çiynimdə olan ağır yükü hiss etmirdim. Çünki, Allahın və torpağımın yolunda idim...

Günlərlə yuxusuz qalırdım, buna baxmayaraq işimi davam etməkdən, əsgərlərə yardım etməkdən bezmirdim. Orada hamımızın bir niyyəti var idi, torpaqlarımızı azad etmək.

- Torpaq uğrundan canlarını fəda edən şəhidlərin, yaralı əsgərlərimizin son sözü sizə nə olub?

- Hər birinin tək sözü var idi: Haqqını halal elə.

- Verdiyiniz qərarı ailəniz necə, dəstəklədi?