ABŞ Federal Hökuməti yaxın həftələrdə ştatlara COVID19a qarşı 6 milyon doza vaksin göndərmək niyyətindədir


Dünya 27 Noy 2020 00:45:00 139 0

ABŞ Federal Hökuməti yaxın həftələrdə ştatlara COVID19a qarşı 6 milyon doza vaksin göndərmək niyyətindədir

ABŞ səhiyyə nümayəndələrinin sözlərinə görə, ştatlar üçün COVID-19-a qarşı 6 milyon dozadan artıq vaksin ayrılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, vaksinin bölüşdürülməsinə kuratorluq edən Qida məhsullarının və dərmanların keyfiyyətinə nəzarət idarəsinin təmsilçilərinin sözlərinə görə, onlar "Pfizer" və "BioNTech" şirkətlərinin müştərək istehsal mərhələsində olan potensial vaksinin təcili olaraq tanınmasına icazə verilməsi barədə məsələni müzakirə etməkdən ötrü iki həftədən sonra toplaşmalıdırlar. Bu vaksinin 95 faiz effektiv olması kliniki sınaqlarda sübut edilib.

ABŞ-ın səhiyyə və sosial xidmətlər naziri Aleks Azar çərşənbə günü bildirib ki, 6,4 milyon doza vaksin ştatlar və ərazilər arasında səhiyyə sahəsində hökumət ekspertlərinin tövsiyəsinə uyğun olaraq, yüksək risk qrupunda olan insanların sayına görə deyil, əhalinin sayından asılı olaraq bölüşdürüləcək.

Onun sözlərinə görə, dozalar daxil olandan sonra, ştatların və ABŞ-ın kontinental hissəsinin hüdudlarından kənarda yerləşən Amerika ərazilərinin qubernatorları vaksinlərin daha münasib bölüşdürlüməsinə qərar verəcəklər.

Tramp administrasiyanın koronavirusla mübarizədə logistika əməliyyatlarına kuratorluq edən general Qustav Perna deyib ki, bundan məqsəd ilin sonunadək 40 milyon doza vaksinin bölüşdürülməsidir.