Günün qoroskopu: başladığınız işlərdə mükəmməliyə can atın


Digərləri 27 Noy 2020 00:01:00 152 0

Günün qoroskopu: başladığınız işlərdə mükəmməliyə can atın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - ehtiyatlı və səbrli olun. Təmkinlə davranmasanız, heç nəyə nail ola bilməyəcəksiniz. İşgüzar fəallıq səviyyəsi aşağıdır. Yeni layihələrə başlamaq üçün əlverişli gün deyil. Cari işlərdən bəzilərini etibar etdiyiniz insana tapşıra bilərsiniz. İmkan varsa, birgə fəaliyyətə üstünlük verin. Maliyyə işlərində risk etməyin.

Buğa - istənilən formalı şübhəli anlaşma və sövdələşmələrdən uzaq durun. Başqalarına görə məsuliyyəti boynunuza götürməli, səhvlərin nəticələrini aradan qaldırmalı olacaqsınız.

Əkizlər - özünüzlə müqayisədə başqalarına daha tələbkar olmayın, dostlar və yaxınlarla münasibətlərdə problemlər yaratmayın. Evdə ailə üzvləri ilə dil tapmaq çətinləşir.

Xərçəng - maraqlarınızı müdafiə etmək asan olmasa da, qətiyyətli və iradəli olun. Əks təqdirdə ciddi problemlər yaranacaq. Sizə təsir etmək, manipulyasiyaya əl atmaq istəyənlər var.

Şir - yaxın ətrafınızdakı insanlardan biri sizdən sui-istifadə etməyə can atır. İntuisiyanıza qulaq asın, özünü dost kimi qələmə verən hiyləgərin əlində marionetkaya çevrilməyin.

Qız - peşəkar fəaliyyət müstəvisində təşəbbüskar olun. Birgə layihədə iştirakla müqayisədə müstəqil fəaliyyət daha məhsuldar olacaq.

Tərəzi - dəvət aldığınız tədbirə qatılın. Yaxınlarınızla çox vaxt keçirməyə çalışın. Ünsiyyət faydalı və xoş olacaq. Texnika, nəqliyyat vasitəsi almaq olar.