“TIME” jurnalı 2020ci ilin 100 əsas ixtirasının adını açıqlayıb


Digərləri 26 Noy 2020 21:05:00 127 0

“TIME” jurnalı 2020ci ilin 100 əsas ixtirasının adını açıqlayıb

"TIME" jurnalı hər il 100 əsas ixtiradan ibarət öz reytinqini dərc edir. Növbəti reytinqə qatlanan smartfon, yeni nəsil konsollar, oyun striminq xidməti, fırlanan televizor, smartfon üçün sterilizator və bir çox başqa cihazlar daxil edilib.   Son.az ictnews.az-a istinadən bildirir ki, "TIME" jurnalının versiyasına görə, aşağıdakı cihazlar bu il "istehlak elektronikası" kateqoriyasında ən yaxşı adına layiq görülüblər:   Dəyişdirilə bilən obyektivlərə malik "Insta360 One R" modulyar ekşen kamerası "Microsoft Surface Duo" qatlanan smartfonu "Dark Skys DS-1" ev planetarisi Smartfonlarda selfi çəkilişi üçün "MOON UltraLight" mini-işıqlandırıcısı Yığcam "Sony A7C" güzgüsüz kamerası Smartfonlar üçün ultrabənövşəyi sterilizatorun funksiyasına malik üçün "Lexon Oblio" simsiz enerjidoldurma stansiyası Əşyaların uşaqlardan qorunması üçün "KEEP" dəsti Tamamilə simsiz "Nuheara IQbuds2 MAX" qulaqlıqları.